"Neftçi"nin sabiq prezidenti Sadıq Sadıqov klubun baş məşqçisi Samir Əliyevin komandadakı gələcək taleyinə münasibət bildirib.
Sportarena.az xəbər verir ki,Əliyevin vəzifəsində qalmalı olduğunu söyləyən Sadıqov onun ikinci Qurban Qurbanov olacağını inandığını deyib:
"Samir Əliyev gənc mütəxəssisdir. Onu dəstəkləmək lazımdır. O, komandanı toparlaya bilər. Samir Əliyevin ikinci Qurban Qurbanov olacağına inanıram".