"Neftçi"də NÖVBƏTİ QALMAQAL

15:49 14 İyul 2015

Mirkamil Həşimlinin “Neftçi”dən ayrılması barədə xəbər vermişdik.

 

Sportarena.az xəbər verir ki, gənc oyunçu “Zirə”yə keçib. İş ondadı ki, Mirkamil “Neftçi”dən öz xoşuyla ayrılmayıb. Belə ki, klubun yetirməsi sonradan transfer olunduğu “Fənərbaxça”dan ölkəmizə qayıdan zaman klubun ovaxtkı prezidenti Sadıq Sadıqovun şəxsi istəyiylə “Neftçi”yə qayıtmışdı. O zaman məhz Sadıqovun istəyini yerə salmayan  Mirkamil AZAL və “Sumqayıt”a ”yox” demişdi. “Neftçi”yə transfer olunan Həşimli klubla 5 illik müqavilə imzalamışdı.


“Mirkamil əvəzedici heyət futbolçusu deyil. O, “Fənərbaxça” kimi böyük məktəb keçib. Mən Mirkamili əsas heyətdə görürəm, onu əsas heyət üzvü kimi meydana buraxacam” - Bu sözlər isə “Neftçi”nin ozamankı baş məşqçisi Böyükağa Hacıyevə məxsus idi. Ancaq Hacıyev komandadan göndərildi və yerinə Arif Əsədov gətirildi. Arif Əsədov isə peşəkarlığa sığmayan addım ataraq, U-19-un baş məşqçisi işlədiyi zaman Mirkamilə olan kinini “Neftçi”də də davam etdirdi. “Neftçi”də nəinki 1 oyunda, heç cəmi 1 dəqiqə də oynamağa şans verilməyən Mirkamilə qarşı bu, ancaq şəxsi kinin bu hərəkətin nəticəsi ola bilərdi.

 

Əvvəl Sadıq Sadıqov, sonra isə Arif Əsəsdov “Neftçi”dən getdi. Gözləmək olardı ki, yeni baş məşqçi gələn Samir Əliyev Mirkamilə şans verəcək. Ancaq “Neftçi”nin oyuncaq - maket Müşahidə Şurasını baş barmağına keçirərək fırladan klubun icraçı direktoru Elnur Məmmədov Həşimlini də Sadıq Sadıqovun adaml kimi qiymətləndirərək komandadan göndərdi. Klubla daha 4 illik müqaviləsi olan Mirkamil Həşimlinin bu sözləşməsi birtərəfli olaraq ləğv edildi.

 

Klubda görülmədiyindən müqaviləyə xitam verilməsinə etiraz etmədi. Yəni, “məni istəmirsizsə, mən sizi dünəndən istəmirəm” prinsipinə əməl edən gənc futbolçu komandadan ayrıldı. Bu zaman isə 4 ay aylıq maaşını klubdan ala bilməyən Mirakilin əməkhaqqısı kəsilib. Belə ki, Mirkamil transfer vərəqəsini klubdan aldığı zaman ona 4 ayın yox, yalnız 1 ayın əməkhaqqısı verilib.
Maraqlıdı, gecə-gündüz düzgünlükdən xoruzquyruğu qaynar çay kimi dəm-dəm vuran “Neftçi”nin Müşahidə Şurasının sədri Çingiz Abdullayevin bundan xəbəri var?

 

Yoxsa Abdullayev Məmmədovla əlbir olaraq Mirkamilin 3 aylıq maaşını 50-50-yə bölüblər? “Neftçi” tərəfinin də bu məsələyə münasibətini işıqlandırmağa hazırıq. Bir şərtlə ki, futbolçuya borclarının olmadığını deməsinlər. Aydınlıq gətirsinlər ki, niyə gənc futbolçunun 3 aylıq pulunu kəsiblər?!

 

stadium.az


Digər xəbərlər

Xəbər xətti