"Xəzər-Lənkəran"ın müdafiəçisi Ruslan Abışov komandasının Türkiyə toplanışını dəyərləndirib.
Sportarena.az xəbər verir ki, futbolçu bunları söyləyib :
"Hazırlıq tam sürətlə davam edir.İlk günlərdə yüklənmə daha çox idi.İndi isə bir qədər yüngülləşib. Komandada yaxşı atmosfer var. Fikrimcə, ən vacib məqam yeni heyətdən güclü komanda formalaşdırmaqdır. Artıq yerli klublardan birinə qarşı yoxlama oyunu keçirmişik. Zamanla daha yaxşı olacağını düşünürəm. Bu gün "Kasımpaşa" ilə sınaq matçımız var. Güclü rəqiblərlə oyunlar bizə lazımdır. Çünki belə oyunlar komandanı daha da möhkəmləndirir". (azerisport)