“Qarabağ”la müqavilə imzalayacağı gözlənilən Raydell Pupon artıq Bakıdadır.
Sportarena.az xəbər verir ki, holland futbolçu bu gün ölkəmizə təşrif buyurub. Tibbi müayinədən uğurla keçdikdən sonra Puponun “Qarabağ”la rəsmi müqavilə imzalayacağı gözlənilir.
Qeyd edək ki, karyerası ərzində vətənində “Villem II”, “Sparta”, “De Qrafşap”, “Den Haaq”, “Breda” kimi klubların formasını geyən 26 yaşlı forvard, son olaraq “Valansyen”də çıxış edib. 2014-cü ildən Fransa klubunun şərəfini qoruyan Pupon bu komandanın heyətində meydana çıxdığı 34 oyunda 7 qol vurub.