Bu gün AFFA-nın inzibati binasında Məşqçilər Komitəsinin üzvləri ilə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev arasında görüş keçirilib.
Sportarena.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, görüşdə Məşqçilər Komitəsinin Azərbaycan Premyer Liqasının 2015/2016-cı il mövsümü ilə bağlı təklifləri və tövsiyələri dinlənilib, ölkə futbolunun hazırkı durumu müzakirə olunub.