Sabah keçiriləcək “Qarabağ”-“Rudar” oyununa satılan biletlərin sayı məlum olub.
Klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov bildirib ki, bu günə qədər 15 min bilet satılıb.
Nurlan İbrahimov onu da qeyd edib ki, 8 min bilet də fan klublara verilib: "Futbolçular oyuna tam hazırdır və motivasiya yüksəkdir. Komandada itki yoxdur. Məşqlər sabah saat 19:45-də başlayacaq".
Qeyd edək ki, “Qarabağ” Çempionlar Liqasında II təsnifat mərhələsində Monteneqronun "Rudar" klubu ilə sabah saat 21:00-da qarşılaşacaq. Oyun Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. (Qafqazinfo)