“Qarabağ” “Neftçi”dən daha güclüdür" - "Rudar"ın baş məşqçisi

21:32 14 İyul 2015

“Bizim üçün çətin oyun olacaq. “Qarabağ”ı yaxşı tanıyırıq. Ötən il Avropa Liqasının qrup mərhələsində oynayıblar. Bilirik ki, ötənilki heyəti qoruyub saxlayıblar. Rəqibin bəzi oyunlarını izləmişik. "Qarabaö" Avropa komandalarından fərqlənmir. Onlara  hörmət edirik. Ancaq sabah qələbə üçün əlimizdən gələni edəcəyik. Sonda bilinəcək ki, qalib kim olacaq”.

Bu sözləri “Rudar”ın baş məşqçisi  Mirko Mariç Çempionlar Liqasının II təsnifa mərhələsində “Qarabağ”la ilk  oyun öncəsi keçirilən  mətbuat konfransında deyib.

- “Qarabağ”ı analiz edə bilmisiniz?

- Bilirik ki, rəqibin heyətində həm gənc, həm də təcrübəli futbolçular var. Ancaq onların əksəriyyəti Avropa təcrübəsinə malikdir. 

- Digər Monteneqro klubu “Mladost” “Neftçi” ilə qarşılaşdı. Yəqin həmin oyunları izləmisiniz. Sizdə Azərbaycan futbolu haqda hansı təəssüratlar yarandı?

-Bəli, “Mladost”un “Neftçi”  ilə oyunlarını izləmişik.    Ancaq “Qarabağ” “Neftçi”dən daha güclüdür. Ona görə də bizə daha çətin olacaq. 

- Sabah stadiona 20 min azarkeş gələcək. İndiyə qədər komandanız bu qədər azarkeş önündə oynayıb?

- Bəli, iki il əvvəl Avropa Liqasının oyununda Polşa komandası ilə qarşılaşmışıq. Həmin görüşdə 30 mindən artıq azarkeş var idi.


Digər xəbərlər

Xəbər xətti