Türkiyədə təlim-məşq toplanışında olan "Xəzər-Lənkəran" "Kasımpaşa" ilə yoxlama oyunundan sonra bir günlük istirahətə buraxılıb.
Sportarena.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı xəbər verib. Bir günlük istirahətdən sonra cənub təmsilçisi iyulun 16-da məşqlərə başlayacaq.
Qeyd edək ki,"Xəzər-Lənkəran" növbəti yoxlama oyununu iyulun 18-də keçirəcək, lakin rəqibin adı hələlik məlum deyil.