"Qəbələ" Avropa Liqasının II təsnifat mərhələsinin "Çukariçki" ilə cavab görüşünü Bakıda keçirəcək.
Sportarena.az xəbər verir ki, bu barədə klubun baş meneceri Zaur Əzizov məlumat verib.
Klub rəsmisi iyulun 23-də keçirilməli olan "Qəbələ" - "Çukariçki" matçının 8-ci km qəsəbə stadionunda baş tutacağını bildirib.
Buna səbəb Gürcüstanın "Dinamo" (Tbilisi) komandası ilə I təsnifat mərhələsinin cavab görüşündə baş vermiş olaylarla əlaqədar UEFA Nizam-İntizam Komitəsinin Qəbələ şəhər stadionunu cəzalandırması səbəb olub.
Qeyd edək ki, həmin gün Bakıda "İnter" – "Hafnafyordur" matçı da keçiriləcək. Z.Əzizov bildirib ki, UEFA eyni gündə Bakıda iki Avropa Liqası oyununun keçirilməsinə icazə verib. (qol.az)