Azərbaycanın sərbəst güləş və bədii gimnastika üzrə yığma komandalarında çalışan əcnəbi məşqçilər bir-biri ilə ailə qurub.
Sportarena.az xəbər verir ki,yeniyetmə güləşçilərdən ibarət millinin məşqçisi Mariyan Stoynevlə bədii gimnastika yığmasının köməkçi-məşqçisi Yasena Kuyumciyeva Bolqarıstanda nikaha giriblər.
Onların toyu Sofiyadakı "İzbata" kompleksində olub. Mərasimə Azərbaycanın bədii gimnastika üzrə millisinin baş məşqçisi Mariana Vasilyeva və "Bakı-2015" I Avropa Oyunlarında 5 medal qazanmış idman gimnastı Oleq Stepko da qatılıb. (report)