“İnter”in səfər xərcini kim ödəyib?

16:59 15 İyul 2015

Bakının "İnter" klubu İslandiyada "Hafnarfyördur" komandası ilə keçirəcəyi Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyununa AFFA-nın vəsaiti ilə yollanıb.

Sportarena.az "Report"a istinadən xəbər verir ki, "bankirlər"in səfər xərcləri klubun Federasiyaya müraciəti əsasında ödənilib.Nəticədə klub iyulun 14-də çarter reysi ilə səfərə çıxıb. Oyun isə Bakı vaxtı ilə iyulun 17-nə keçən gecə saat 00:15-də başlanacaq.

Xəbəri AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlu təsdiqləyib. O bildirib ki, "İnter"in gediş-gəlişi üçün xərclənən vəsait Avrokubokda iştirak qarşılığında UEFA-dan kluba ödəniləcək məbləğdən çıxılacaq. M.Nərimanoğlu "İnter"in Avroliqada III təsnifat mərhələsinə yüksələcəyi təqdirdə də eyni şərtlərlə kluba dəstəyin veriləcəyini əlavə edib.


Digər xəbərlər

Xəbər xətti