"Çempionatın startına qədər tam hazır olmaq istəyirik" - "Xəzər-Lənkəran"ın qapıçısı

17:48 15 İyul 2015

"Xəzər-Lənkəran"ın qapıçısı Pavel Kapsa komandasının Türkiyə "Kasımpaşa"sına qarşı yoxlama oyununu şərh edib.

Sportarena.az xəbər verir ki, o 0:2 hesabı ilə uduzduqları oyunla bağlı bunları bildirib :

"Kasımpaşa"nın necə güclü komanda olduğu hər kəsə bəllidir. Super Liqada oynayan klubdur. Hər gün məşq edirik, məşqlər çox ağır keçir. Belə yüklənmələrdən sonra oynamaq çox çətindir. Tədricən oyunumuz daha da yaxşılaşacaq. Qarşıda da yoxlama oyunlarımız olacaq. Növbəti mövsümə hazırlığımız öz qaydası ilə gedir. Çempionatın startına qədər tam hazır olmaq istəyirik. (azerisport)


Digər xəbərlər

Xəbər xətti