AFFA-nın baş katibi UEFA nümayəndələri ilə görüşdü

18:00 15 İyul 2015

AFFA-nın inzibati binasında UEFA-nın pilot layihəsinin ilk mərhələsi çərçivəsində görüş keçirilib. 

Sportarena.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, görüşdə UEFA-nın Futbol Təhsil Servisinin rəhbəri Frank Ludolf, Futbol kütləvililiyi panelinin üzvü Villi Hink, Futbol kütləvililiyi təlimatçısı Robin Russell, UEFA-nın kommersiya mütəxəssisləri Sean Mc Auliffe və Tom Liston, AFFA-nın baş katibi Elxan Məmmədov, qurumun Texniki və Marketinq departamentlərinin, eləcə də  Qeydiyyat və Statistika, Uşaq və Gənclər üzrə yarışların təşkili, İnfrastuktur və Könülllülər şöbələrinin üzvləri iştirak ediblər.

Qeyd edək ki, UEFA-nın pilot layihəsi ilk dəfə Azərbaycan da daxil olmaqla 6 ölkədə tətbiq ediləcək.


Digər xəbərlər

Xəbər xətti