Müğənni Elnarənin AAAF Parkda xeyriyyə konserti olacaq

21:05 15 İyul 2015

Ramazan ayı həm köməkləşmə, həm də xeyirxahlıq ayıdır. Bu müqəddəs ayın kəramətidir ki, yüzlərlə ailə illərdir arzu etdiyi ilkin ödənişsiz şərtlərlə ev almaq imkanı qazandı. “Mülk Allaha məxsudur” devizi altında fəaliyyət göstərən “AAAF Park” Yaşayış Kompeksi tək ev inşaası və satışı ilə məşğul olmur.  Füsunkar gözəlliyi ilə ailələlərin, əsasən də uşaqların sevimli məkanına çevrilmiş “AAAF Park” İstirahət və Əyləncə Mərkəzi bir çox xeyriyyə tədbirlərinə evsahibliyi etməklə artıq məşhurlaşıb.

Bu dəfə də xanım müğənni Elnarə Xəlilovanın “Böyrək çatışmazlığından əziyyət çəkən NİCATA DƏSTƏK” çağırışına səs verdik. Konsert Ramazan bayramı günü – iyulun 18-də, saat 19:00-da təşkil ediləcək. Elnarə Xəlilova səhnəni sənət yoldaşı, müğənni Yaşar Cəlilov və Anar Rəhimli ilə bölüşəcək. Konsertin aparıcısı isə Vüsalə Kərimovadır.

Xeyriyyə tədbirində “ŞƏFFAF QUTU”ya toplanacaq vəsait böyrək çatışmazlığından əziyyət çəkən Nicatın müalicəsinə sərf ediləcək. Hər kəsi Ramazan bayramı münasibətilə keçiriləcək xeyriyyə konsertində Nicata dəstək olmağa səsləyirik.

Əziz həmvətənlərimiz, etdiyiniz dua, tutduğunuz oruc, qıldığınız namaz Uca Tanrı dərgahında qəbul olsun!


Digər xəbərlər

Xəbər xətti