"Oyundan çox razıyam” - “Rudar”ın baş məşqçisi

00:33 16 İyul 2015

“Futbolçularımı təbrik edirəm. Tapşırıqlarımın hamısını yerinə yetirdilər. Oyundan çox razıyam”.

Bu sözləri “Rudar”ın baş məşqçisi Mirko Mariç Çempionlar Liqasının II təsnifat mərhələsinin “Qarabağ”la ilk oyunundan (0:0) sonra keçirilən mətbuat konfransında deyib.

- Cavab qarşılaşması haqda nə düşünürsünüz?

- Bilirik ki, rəqib yaxşı komandadır. Növbəti matçın favoriti də “Qarabağ”dır. 

- Hiss olunurdu ki, komandanız sırf müdafiədən oynayır. Düşünmürsünüz ki, “Qarabağ”la ilk oyundakı heç-heçə sizin üçün yaxşı nəticə deyil? Çünki “Qarabağ” səfərdə qol vursa, işiniz çətin olacaq.

- Təbii ki, düşünürük. Ancaq biz də qol vura bilərik.


Digər xəbərlər

Xəbər xətti