"Xəzər Lənkəran"da Fransız hücumçu

00:44 16 İyul 2015

Nevşehirdə hazırlıqlarını davam etdirən “Xəzər Lənkəran” “Kasımpaşa” ilə yoxlama matçının ardından 1 günlük istirahətdən sonra yenidən məşqlərə başlayacaq.

 

Sportarena.az xəbər verir ki,baxışda olan braziliyalı Rafinyanı bəyənməyən cənub təmsilçisi daha bir futbolçunu sınaqdan keçirəcək.

 

Belə ki, yaxın günlərdə komandanın düşərgəsinə əslən seneqallı olan Limam Seydinin qoşulacağı gözlənilir. Fransada anadan olan 29 yaşlı hücumçu daha çox 2011/2013 mövsümündə Macarıstanda “Diosgyor” klubunun heyətində fərqlənib – 53 görüşdə 12 qol. Növbəti 2 mövsüm “Debretsen”in formasını geyinən Limam 17 oyunda 4 dəfə fərqlənib.

 

Son mövsümü “Spartakus”da keçirən hücumçu meydana çıxdığı 15 görüşdə 2 qolun müəllifi olub.

 

Xatırladaq ki, Türkiyə toplanışı çərçivəsində keçirdiyi ilk oyunda “Niğdespor”u üstələyən (1:0) “Xəzər Lənkəran” ikinci sınaq matçında Superliqa təmsilçisi “Kasımpaşa”ya 0:2 hesabı ilə uduzub. (apasport)


Digər xəbərlər

Xəbər xətti