Flavinyonun ardınca "Neftçi" daha bir futbolçu ilə yollarını ayırıb.
Sportarena.az xəbər verir ki, bakılılar gənc futbolçusu Nicat Qurbanova özünə yeni komanda tapmağı tapşırıblar. Kluba yaxın mənbədən aldığımız məlumata görə, "Neftçi" rəhbərliyi Nicatı komandada saxlamaq istəmir. Bunu onunla əlaqələndirirlər ki, Nicatla eyni mövqedə Araz Abdullayevlə Samir Məsimov çıxış edir. (stadium)