Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunu çərçivəsində bu gün Serbiyada yerli "Çukariçki" klubu ilə üz-üzə gələcək "Qəbələ"nin eks futbolçuları milli komandamızın sabiq futbolçusu Branimir Subaşiç, Milan Antiç və "Neftçi"nin keçmiş qapıçısı Vladimir Miçoviç "qırmızı-qaralar"ın məşqi zamanı klubun düşərgəsini ziyarət ediblər.
Nəzərinizə çatdıraq ki, fotolar klubun rəsmi "facebook" səhifəsindən götürülüb.