Çili milli komandasının və “Yuventus”un yarımmüdafiəçisi Arturo Vidal karyerasını “Bavariya”da davam etdirəcək.
Sportarena.az İtaliya mətbuatına nəzərən xəbər verir ki, Münhen klubu “qoca sinyora” ilə razılığa gəldiyi iddia edilir. Transferin yaxın saatlarda rəsmən ictimaiyyətə çatdırılacağı bildirilir
Nəzərinizə çatdıraq ki, 2011-ci ildən Turin klubunda forma geyən Vidal komandada 124 oyuna 35 qol vurub.