"Qarabağ" növbəti transferini gerçəkləşdirib.
Sportarena.az xəbər verir ki,Ağdam təmsilçisi "Bakı"da oynayan Mahir Mədətovu heyətinə cəlb edib. Gənc oyunçu ilə üç illik müqavilə imzalanıb.
Qeyd edək ki, Mahir Mədətov tanınmış prodüser Anar Mədətovun oğludur.
Bununla da "Qarabağ" bu yay 8-ci transferini gerçəkləşdirib. Ağdam klubu bundan əvvəl Coşqun Diniyev, Azər Salahlı, Elvin Məmmədov , Vüqar Mustafayev , Alharbi Əl-Jadeyaui, Elvin Yunuszadə və Raydell Puponu alıb.