Azərbaycanlı futbolçudan rekord

12:30 17 İyul 2015

Rusiya U-19 milli komandasının əslən azərbaycanlı hücumçusu Ramil Şeydayev yeni rekorda imza atıb.

Sportarena.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu, Avropa çempionatının final mərhələsi çərçivəsində Yunanıstanla keçirilən yarımfinal matçında baş verib. Oyunun 64-cü dəqiqəsində penaltidən qol vuran R.Şeydayev turnirdə vurduğu qolların sayını 12-ə yüksəldib. Bununla da o, 19 yaşadək futbolçuların Avropa çempionatında ən çox qol vuran futbolçu kimi tarixə düşüb.

Futbolçu bunları söyləyib: “Əvvəldən rekord haqda fikirləşmirdim. Bu barədə heç bir informasiyam da yox idi. Rekorda imza atsam belə, bunda xüsusi heç nə görmürəm. Əsas odur ki, millimiz Avropa çempionatının finalındadır. 


Digər xəbərlər

Xəbər xətti