Rivaldo prezidentlikdən istefa verdi

13:00 17 İyul 2015

Braziliya futbolunun canlı əfsanəsi Rivaldo rəhbərlik etdiyi ikinci liqa təmsilçisi "Moji-Mirim" klubundan istefa verib

Sportarena.az    Braziliya mətbuatına əsasən xəbər verir ki, ulduz futbolçu Braziliyanın klubunda bütün diqqətini futbolçu kimi yaxşı çıxış etməyə yönəltməyə qərar verib. Bundan sonra braziliyalı futbolçu yeni seçiləcək prezidentin məsləhətçisi funksiyasını yerinə yetirəcək.

Nəzərinizə çatdıraq ki, “Deportivo”, “Barselona” , “Milan” kimi klublarda forma geyən 43 yaşlı futbolçu bu ay yaşıl meydanlara qayıdıb. O, "Nautiko" klubu ilə matçda 68 dəqiqə oynayıb.


Xəbər xətti