Premyer Liqada yenicə oynamaq hüququ qazanmış Gəncənin "Kəpəz” klubu hazırlıqlarınıdavam etdirmək üçün Türkiyəyə yollanıb.
Sportarena.az xəbər verir ki, komanda dünən axşam saatlarında əvvəlcə Naxçıvana yola düşüb. Oradan isə avtobusla Türkiyənin Ərzurum bölgəsinə yola çıxıb. Baş məşqçı Şahin Diniyevin komandası 10 gün ərzində hazırlıq planı küddətində yoxlama görüşlərinə çıxacaq. Bundan əlavə yeni legionerlərin də baxışda olacağı gözlənilir.