Azərbaycan UEFA reytinqində öz mövqeyində qaldı

14:28 17 İyul 2015

UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsinin dünən keçirilən ilk oyunları UEFA reytinqində Azərbaycanın mövqeyinə təsir etməyib.

 

Sportarena.az xəbər verir ki, ölkəmiz bu siyahıda əvvəlki yerində qalıb.

 

Nəzərinizə çatdıraq ki, Azərbaycanı ikinci dərəcəli klub turnirində "Qəbələ" və “İnter” klubları təmsil edir. Bölgə klubu ötən gecə səfərdə qarşılaşdığı Serbiya "Çukariçki"sinə 0:1 hesabı ilə məğlub oldu. Bakı təmsilçisi isə İslandiyada yerli "Hafnarfyordur" 2:1.hesablı qələbə qazandılar. Məhz "İnter"in qalibiyyəti ölkəmizin reytinq hesabına əlavə 0,250 xal yazdırmış oldu.

 

Bununla da Azərbaycanın UEFA reytinqindəki xal ehtiyatı 11.625-ə qədər yüksəldi. Ölkəmiz 54 ölkə arasında 29-cu pillədədir. 11.625 xaldan 1.125-i cari mövsümdə qazanılıb ("İnter" - 0.500, "Neftçi" - 0.250, "Qəbələ" - 0.250, "Qarabağ" - 0.125).


Digər xəbərlər

Xəbər xətti