Türkiyə klubu “Qalatasaray”ın yeni transferlərinin forma nömrələri bəlli oldu.
Sportarena.az xəbər verir ki, yeni transferlərdən Lukas Podolski ve Bilal Kısa “Qalatasaray"dakı forma nömrələrinə aydınlıq gəlib. Podolski, keçən mövsüm Bruma'nın geydiyı 11 nömrəli formanı daşıyacaq. Alman ulduz İtaliya “İnter”ində də 11 nömrəli formanı geyinirdi. Bilal isə komandadan ayrılan Gökhan Zanın 5 nömrəsini daşıyacaq. Cem Pol Karacan isə 30 nömrəli formanı seçib.