Petar Boziç - "Qələbə qolunu vurmağa biz layiq idik”

15:08 17 İyul 2015

"Əvvəlki mərhələnin hər iki oyununda da 11 metrlik cərimə zərbəsi şansımız olmuşdu. Bu dəfə də penalti vurmaq imkanımız yarandı və bu fürsəti layiqincə dəyərləndirdik. İqor Matiçin yoxluğu bizə çətinlik yaradırdı. İnanıram ki, mərhələni keçəcəyik”.

Sportarena.az Serbiya mətbuatına nəzərən xəbər verir ki, bu sözləri Serbiya təmsilçisi “Çukariçki” nin oyunçusu Petar Bojiç Avropa Liqasının ikinci təsnifat mərhələsində Qəbələnin eyniadlı klubu ilə qarşılaşmadan sonra söyləyib.

O, komandasının oyununu yüksək qiymətləndirib: “Çoxlu sayda qol imkanlarımız oldu. "Qəbələ” kimi güclü komandaya qarşı yaxşı oynadıq və qələbə qazandıq. Qələbə qolunu vurmağa biz layiq idik”.


Digər xəbərlər

Xəbər xətti