Flavinyo Azərbaycanı tərk etdi, "Neftçi" rəsmiləri yatmağı üstün tutdular - FOTOLAR

17:38 17 İyul 2015

"Neftçi"nin braziliyalı ulduzu Flavinyo gecə saatlarında vətəninə yola düşüb. Futbolçunu hava limanından çoxlu sayda azarkeş yola salıb. "Neftçi"nin fanları Flavinyonun ünvanına xoş şüarlar səsləndirərək, məşəllər yandırıblar. Flavinyo azarkeşlərin hər biri ilə görüşüb onlara təşəkkürünü bildirib.

Sportarena.az xəbər verir ki, 5 ildir Azərbaycanda top qovan və oyunu ilə azarkeşlərin rəğbətini qazanan Flavinyonu yola salmaq üçün "Neftçi" klubundan heç bir nümayəndə gəlməyib. Yəqin yuxularını ərşə qatmaq istəməyiblər. Hörmətli "Neftçi" rəsmiləri! Sizə yuxunuz şirin olsun, Flavinyoya isə yolun uğurlu olsun deyirik.

2010-cu ildə Braziliyanın "Qremio" klubundan "Neftçi"yə transfer olunmuş Flavinyo komandanın heyətində 174 oyun keçirib. Bu qarşılaşmalarda 38 dəfə rəqib qapısına yol tapmış futbolçu "Neftçi"nin heyətində 3 dəfə Azərbaycan çempionatının, 2 dəfə ölkə kubokunun qalibi olub.

“Ağ-qaralar”ın heyətində avrokuboklarda 22 oyun keçirmiş Flavinyo Avropa Liqası turnirinin qrup mərhələsində də çıxış edib.

Braziliyalı furbolçunun yola salınma mərasimindən çəkilən eksklüziv fotoları təqdim edirik.


Digər xəbərlər

Xəbər xətti