AAAF Park Yaşayış Kompleksi : 26 saylı küçədəki son durum - FOTO + VİDEO

00:24 18 İyul 2015

AAAF Park Yaşayış Kompleksinin ərazisində yerləşən 26 saylı küçədə tikinti işləri davam etməkdədir. “AAAF İnşaat” MMC-nin baş mühəndisi Hətəm Rəfiyevin verdiyi məlumata görə, bu küçənin 1 və 2 nömrəli binaların 8 mərtəbəsi tamamilə hörülərək suvanıb, 9 –cü mərtəbənin isə örtükləri tamamlanıb. Yaxın günlərdə həmin binalar üzrə qapı və pəncərələrin qoyulmasına başlanılacaq. Ardıyca isə fasad işləri görüləcək. 26 saylı küçədə yerləşən 3 nömrəli binanın isə 7 mərtəbəsi tikilib.

“AAAF İnşaat” MMC-nin baş mühəndisi Hətəm Rəfiyev onu da əlavə etdi ki, aparılan tikinti işlərində heç bir problem yaşanılmır.

Qeyd edək ki, AAAF TV binalar üzrə davam edən işləri mütəmadi olaraq sizlərə təqdim edəcək.

 

 


Digər xəbərlər

Xəbər xətti