Türkiyədə hazırlıqlarını davam etdirən "Xəzər-Lənkəran"ın düşərgəsinə yeni futbolçu gəlib.
Sportarena.az xəbər verir ki, əslən seneqallı olan Limam Seydi artıq komandanın heyətinə qoşulub. 29 yaşlı hücumçunu klubun əməkdaşları iyulun 17-də Bakı vaxti ilə saat 20:45-də Nevşehir yaxınlığında yerləşən Gülşehir şəhərciyinin hava limanında qarşılayıblar.
Qeyd edək ki, fransalı futbolçu iyulun 18-də keçiriləcək məşqdə iştirak edəcək (12cioyuncu.info)