İngiltərə milli komandasının və "Liverpul"un sabiq futbolçusu Stiven Cerard yenicə transfer olduğu "Los-Anceles Qalaksi" klubunda ilk qolunu vurub.
Sportarena.az xəbər verir ki, 35 yaşlı futbolçu MLS liqasında "San-Xose"lə qarşılaşmada birinci hissədə fərqlənib.
Nəzərinizə çatdıraq ki, "Los-Anceles Qalaksi" - "San Xose" matçı birincilərin 5:2 hesablı qələbəsi ilə başa çatıb.