"Hannover" Mevlud Erdinçi transfer etdi

10:48 18 İyul 2015

Almaniya təmsilçisi “Hannover” klubu Türkiyə milli komandasının hücumçusunu transfer edib.

Sportarena.az klubun rəsmi saytına nəzərən xəbər verir ki, alman klubu Fransanın “Sent-Etyen” klubunun hücümçusu Mevlud Erdinçi transfer edib. Klub futbolçu ilə 3 illik rəsmi müqaviləyə imza atıb.

Nəzərinizə çatdıraq ki, “Soşo”, “Renn” , “PSJ” və “Sent-Etyen” klublarında forma geyən oyunçunun transfer dəyəri 3 milyon 500 min avrodur.


Digər xəbərlər

Xəbər xətti