Türkiyədə Kapadokya bölgəsində təlim-məşq toplanışlarını davam etdirən təmsilçimiz "Xəzər Lənkəran" klubunun daha bir rəqibi müəyyənləşib.
Sportarena.az xəbər verir ki, bu gün "Antalya Kundu Spor"la dostluq matçına çıxan komanda daha sonra Türkiyə superliqa klubu "Kayserispor"la üz-üzə gələcək. İyulun 21-də baş tutacaq oyunun başlama saatı hələ müəyyənləşməyib.
Nəzərinizə çatdıraq ki, "Xəzər Lənkəran" bundan əvvəl yoxlama oyununda "Kasımpaşa"ya 0:2 hesabı ilə məğlub olub, "Niğdespor"a isə qalib 1:0 hesabı ilə qalib gəlib.