Samaras İngiltərədən ayrıldı

11:36 18 İyul 2015

Yunanıstan millisinin komandasının hücumçusu Georgios Samaras mənsub olduğu İngiltərənin “Vest Bromviç” klubuyla yollarını ayırıb.

 

Sportarena.az xəbər verir ki, ötən mövsümün yarısını Səudiyyə Ərəbistanın klubu “Əl-Hilal”da icarə əsasında forma geyən oyunçu “dumanlı albion”a geri dönmək istəməyib. Bu səbəbdən İngiltərə klubu ilə 1 illik müqaviləsini qarşılıqlı şəkildə ləğv edib. 

 

Nəzərinizə çatdıraq ki, “Herenven”, “Mançester Siti”, “Seltik” klublarında forma geyən Samaras Səudiyyə Ərəbistanı liqasında meydana çıxdığı 5 oyunda hələ qol hesabını aça bilməyib.


Xəbər xətti