Portuqaliya milli komandasının və "Porto"nun ulduz futbolçusu Rikardo Kuarejma yenidən "Beşiktaş"da qayıdacaq.
Sportarena.az xəbər verir ki, Portuqaliyalı oyunçunu transfer etmək üçün “Portu” klubu və oyunçu ilə sonda razılığa gələn “qara qartallar” transfer etmək üçün 1,2 milyon xərcləməli olacaq. Kuarejmanın özü ilə illik 1,6 milyon avro olan 2 illik müqavilə imzalanacaq. Rəsmi müqavilənin 2 gün sonra baş tutacağı qeyd olunur
Qeyd edək ki, “Sportinq” , “Barselona” , “Çelsi”, “İnter” kimi klublarda forma geyən ulduz futbolçu 2010-2012 ci illərdə “Beşiktaş”ın formasını geyərək, keçirdiyi 46 oyunda 18 qola imza atıb.