"Biz avropa futbolu barədə düşünməliyik" - Platini

13:15 18 İyul 2015

"Bosman işi"ndən sonra ən yaxşı futbolçuları bir komandaya toplamaq olardı. Amma ötən zamanlarda dünyanın ən yaxşıları müxtəlif klublarda forma geyirdi. Situasiyanı futbol yox, "Bosman işi" dəyişdi. Gələcək zamanlarda da ən yaxşı futbolçuların bir və ya iki komandada qərarlaşmasının qarşısını almaq lazımdı. Bu, ən əsası sağlam mübarizə üçün vacibdi”.
 
Sportarena.az xəbər verir ki, Uefa prezidenti Mişel Platini maliyyə feyr-pleyini həyaya keçirməklə, futbolun inkişafına şərait yaratdıqlarını söyləyib. O, bu funksiyanın davamının olacağını vurğulayıb:
 
 
“Sentyabrda Jan-Klod Yunkerlə görüşəcəm. Onunla bəzi məsələləri müzakirə edəcəm. İmkan vermək olmaz ki, ən yaxşı oyunçuları bir komandaya yığsınlar. Yoxsa mübarizə öləcək. Aparıcı klublar böyük pullarla istədiklərini ala bilərlər. Biz iki-üç klub barədə deyil, bütün Avropa futbolu barədə düşünməliyik.
 
O ki qaldı maliyyə feyr-pleyinə, klublar xahiş etdilər ki, nəsə edək. Çünki onlar maliyyə yükünə dözmür və ziyan çəkirdilər. Nəsə etmək lazım idi və biz də etdik. Düşünürəm ki, bu prinsip əla işləyir. Təsəvvür edirsiz, bunu tətbiq etməklə biz son illər nə qədər klubun yaşamasını təmin etmişik?".


Digər xəbərlər

Xəbər xətti