İngiltərə milli komandasının və "Everton" klubunun müdafiəçisi Con Stouns karyerasını London klubu "Çelsi"də davam etdirə bilər.
Sportarena.az xarici KİV-lərə istinadən xəbər verir ki, rus milyarder Roman Abromoviçin klubu 21 yaşlı ingiltərəli futbolçu üçün 30 milyon funt-sterlinq məbləğində təklif göndərməyə hazırlaşır.
Nəzərinizə çatdıraq ki, “Everton”da 44 oyuna 1 qol vuran müdafiəçi “zadəganlar”a transfer olunacağı təqdirdə İngiltərənin ən bahalı müdafiəçisi olacaq.