Azərbaycan milli komandasının yarımmüdafiəçisi Eddi İsrafilovun yeni müqavilə bağladığı "Eybar" bu gün növbəti yoxlama oyununu keçirəcək.
Sportarena.az xəbər verir ki, Çempionlar Liqasında Ağdamın "Qarabağ" klubunun “Rudar” səddini keçəcəyi halda III təsnifat mərhələsində potensial rəqibi olan Şotlandiya "Seltik"i ilə üz-üzə gələcək "Eybar" bu oyunda qalib gəlmək istəyindədir.
Nəzərinizə çatdıraq ki, "Seltik" - "Eybar" oyunu bu gün Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.