“Qarabağ” və ya “Rudar”la qarşılaşacağımız mənə maraqlı deyil” - "Seltik"in baş məşqçisi

16:26 18 İyul 2015

 “Biz ilkin əsas məqsədimiz  II təsnifat mərhələsini adlamaqdır.  “Styarnan” klubu ilə cavab oyunumuz var. Bu matçda da qənaətbəxş nəticə qazanıb mərhələ keçsək, rəqiblər haqda danışa bilərik. Ancaq indi “Qarabağ” və ya “Rudar”la qarşılaşacağımız mənə maraqlı deyil”.

 

Sportarena.az xəbər verir ki, Şotlandiyanın “Seltik” klubunun baş məşqçisi Ronni Deyla Çempionlar Liqasının III təsnifat mərhələsini dəyərlədirərkən bunları söyləyib.

Şotlandiyalı mütəxəssis “Styarnan” klubunu məğlub edəcəklərinə inandığını vurğulayıb: “İlk görüşdə komandam yaxşı oynadı. Xeyli qol imkanlarımız olsa da, yalnız iki qol vura bildik. Cavab qarşılaşmasına üstünlüklə meydana çıxacağıq”.

Nəzərinizə çatdıraq ki, “Qarabağ” – “Rudar cütünün qalibi növbəti mərhələdə Seltik” – “Styarnan” cütünün qalibi ilə qarşılaşacaq.


Digər xəbərlər

Xəbər xətti