"Qəbələ"ni keçib, növbəti mərhələyə çıxacağımıza ümid edirəm" - Srniç

17:06 18 İyul 2015

"Belqradda yaxşı oyun gostərsək də, rəqibqapısından yalnız bir top keçirə bildik. Halbuki, bunun üçün xeyli imkanımız vardı. "Qəbələ" isə öz səviyyəsindən aşağı oynadı. Rəqin komanda təcrübəli futbolçulardan ibarət yaxşı kollektivdir. Rəqibimiz məruz qaldığı cəza səbəbindən cavab görüşünü Bakıda, neytral arenada keçirəcək. Bu səbəbdən onlar da stadiona uyğunlaşmağa çalışacaqlar. Bu, bizim üçün müsbət haldır. Bizim daha bir üstünlüyümüz bir-birimizə daha yaxşı uyğunlaşmağımızdır. Baş məşqçimizlə bizim aramızda münasibət yüksək səviyyədədir. "Qəbələ"ni keçib, növbəti mərhələyə çıxacağımıza ümid edirəm".

Sportarena.az xəbər verir ki, bu sözləri Avropa Liqasının II təsnifat mərhələsində “Qəbələ”yə qalib gəldikləri oyundan Serbiyanın “Çukariçki” klubunun hücumçusu Slavolyub Srniç söyləyib.


Digər xəbərlər

Xəbər xətti