Türkiyənin Kapadokya bölgəsində təlim-məşq toplanışlarını davam etdirən "Xəzər Lənkəran" bu gün növbəti hazırlıq matçına çıxacaq.
Sportarena.az xəbər verir ki, Lənkəran təmsilçisinin rəqibi Türkiyənin aşağı liqasında çıxış edən "Antalya Kundu Spor" olacaq. Bakı vaxtı ilə 20:00-da başlayacaq “gəmiçilər”in bu oyunda meydana çıxacağı ilk “onbirlik” məlumdur.
"Xəzər Lənkəran"ın ilk “onbirliyi”: Orxan Sadıqlı, Rasim Ramaldanov, Ruslan Abışov, Manuel Skarlatake, İlyas Səfərzadə, Dieqo Qusmao, Rahid Əmirquliyev, Vüqar Nadirov, Vaqif Cavadov, Elnur Cəfərov, Rəşad Eyyubov