"Bursaspor" Çilli millisinin hücumçusunu transfer etdi

18:37 18 İyul 2015

Fernandaonun “Beşiktaş”avtransfer olunmasından sonra hucumçu axtarışlarını davam etdirən Türkiyə təmsilçisi "Bursaspor" klubu Çili milli komandasının oyunçusunu heyətinə qatıb.

 

Sportarena.az xəbər verir ki, Bursa təmsilçisi "Parma"nın keçmiş hücumçusu Kristobal Xorkeranı heyətinə qatıb. Forvardla 3 illik müqavilə imzalanıb. "Parma" maliyyə problemləri ilə üzləşdikdən sonra bütün futbolçular buraxıldığı üçün futbolçu azad agent qismində Türkiyə klubuna keçib

Nəzərinizə çatdıraq ki, “Kolo-Kolo” , “Cenoa”, “Eskişəhərspor”, “Parma” kimi klublarda forma geyən Kristobal, Çili milli komandasında da 4 oyunda forma geyib.


Digər xəbərlər

Xəbər xətti