Təlim-məşq toplanışının üçüncü mərhələsi üçün Türkiyəyə yollanan “Kəpəz” Ərzurumda məşqlərini davam etdirir.
Sportarena.az xəbər verir kikomanda səhər və axşam olmaqla gündə iki dəfə məşqə çıxır.
Toplanışda əsasən taktiki və texniki hazırlığa üstünlük verilir. “Sarı-göylər” qardaş ölkədə olduğu müddətdə üç yoxlama oyunu da keçirəcək. Gəncə klubu iyulun 21-i, 23-ü və 25-də rəqiblərlə görüşəcək.