"Bakıda məqsədimiz qol buraxmamaq idi ki, buna da nail olduq" - "Rudar"ın baş məşqçisi

17:51 19 İyul 2015

"Seltik"lə oyun gözəl tamaşa və işimizin zirvəsi olacaq. Ancaq bu haqda danışmaq çox tezdir. Çünki bizi "Qarabağ"la çətin cavab görüşü gözləyir. Sadəcə, "Seltik"lə oyun barədə soruşdular və buna görə də cavablandırdım. Hazırda bütün diqqətimizi "Qarabağ"la oyuna yönəltmişik".

Sportarena.az xəbər verir ki,bu sözləri "Rudar"ın baş məşqçisi Mirko Mariç Monteneqro mətbuatına açıqlamasında deyib.

Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab görüşü çərçivəsində "Qarabağ"la qarşılaşacaq "Rudar"ın çalışdırıcısı Azərbaycan çempionunun bu matçın da favoriti olduğunu bildirib: "İlk oyunda olduğu kimi "Qarabağ" yenə cütün favoritidir. Bakıda məqsədimiz qol buraxmamaq idi ki, buna da nail olduq. Cavab görüşündə də tələsməyəcəyik.Səbirli, məsuliyyətli və intizamlı oynasaq, mərhələni keçə bilərik". 


Digər xəbərlər

Xəbər xətti