AAAF parkda tikinti işləri ilə yanaşı ərazilərin asfaltlanması prosesi də aparılır. 21 saylı küçənin ardınca 11 saylı küçə tam olaraq asfalt olundu.
"AAAF İnşaat" MMC-nin baş mühəndisi Hətəm Rəfiyev AAAF Tv-yə verdiyi müsahibədə bildirdi ki, asfaltın qalınlığı normalara uyğundur. O həmçinin qeyd etdi ki, 13 saylı küçənin ardınca 11 və 12 saylı küçələrdə asfalt işləri həyata keçiriləcək.