İspaniyanın "Real" klubunun əsas qapıçısı Kosta-Rika millisinin qapıçısı Keylor Navas yeni mövsümdən 1 nömrəli forma geyinəcək.
Sportarena.az İspaniya mətbuatına nəzərən xəbər verir ki, İker Kasilyasın “Portu”ya transfer olunmasından sonra sonuncu Düyna Çempionatında parlaq seyvləri ilə yadda qalan 28 yaşlı qapıçı 1 nömrəli forma ilə meydana çıxacaq. "Real"ın yeni qapıçısı Kiko Kasilya isə 13 nömrəli formanı geyinəcək.
Nəzərinizə çatdıraq ki, Kosta-Rika millisində 61 oyun keçirən Navas ötən mövsüm “kral klubu”na transfer olunub.