Millimizin sabiq üzvü fərqlənə bildi

11:53 20 İyul 2015

Azərbaycan yığmasının sabiq hücumçusu Rüfət Dadaşov Almaniyanın "Germaniya Halberştadt" klubunda baxışadır.

 

Sportarena.az xəbər verir ki, Dadaşov baxışda olduğu müddətdə artıq bu komandanın "Vesterhauzen"lə yoxlama görüşündə də meydana çıxıb. Oyunda Rüfətin komandası 5:1 hesablı qalibiyyət əldə edib. Sonuncu qolu məhz millimizin oyunçusu vurub. O, matçın 79-cu dəqiqəsində qola imza atıb.

Nəzərinizə çatdıraq ki, Azərbaycan millisində 14 oyuna 4 qola imza atan hücumçu hələ də rəsmi olaraq özünə klub tapa bilməyib.


Digər xəbərlər

Xəbər xətti