Yenicə Premyer liqada oynamaq hüququ qazanan “Zirə” klubu hazırlığın növbəti mərhələsini Türkiyədə keçirir.
Sportarena.az klubun saytına nəzərən xəbər verir ki, Ərzurum toplanışının növbəti günündəBakı təmsilçisi bir məşqlə kifayətlənib. Səhər məşqində ümumi texniki-taktiki hazırlıq üzərində işlənib.
Təlim-məşq toplanışı çərçivəsində “Zirə” iyulun 21-də Gürcüstanın “Şukura”, iyulun 25-də isə “Samtredia” klubu ilə üz-üzə gələcək. Hər iki klub Gürcüstan güclülər dəstəsində mübarizə aparır. “Samtredia” son mövsümü 6-ci yerdə başa vurduğu halda, “Sukura” 6-cı olub. “Zirə”nin digər yoxlamaoyunu iyulun 29-da keçiriləcəyi planlaşdırılır. Rəqib hələki məlum deyil.