Türkiyənin Kapadokya bölgəsində təlim-məşq toplanışlarını davam etdirən “Xəzər Lənkəran” klubu hazırlıqlar çərçivəsində növbəti yoxlama görüşünə hazırlaşır.
Sportarena.az xəbər verir ki, Lənkəran təmsilçisi dünən bir dəfə məşq çıxıb.
Nəzərinizə çatdıraq ki, “ağ-yaşıllılar” iyulun 21-də Türkiyə Super Liqa təmsilçisi “Kayserispor”la yoxlama oyununa çıxacaq.