Azərbaycan milli komandasının keçmiş futbolçusu "Əlincə" klubunda yeni baş məşqçi təyin olunub.
Sportarena.az klubun saytına istinadən xəbər verir ki, ötən mövsüm Bakının "İnter"klubunun U-19 komandasını çalışdıran gənc mütəxəssis Vasif Haqverdiyev “Əlincə” komandasının U-17 komandasına baş məşqçi təyin olunub
Nəzərinizə çatdıraq ki, "Turan" , "İnter" , MKT-Araz", "Qarabağ", "Olimpik" və "Kəpəz"in şərəfini qoruyan Vasif Haqverdiyev Azərbaycan millisində də 2 oyunda meydana çıxıb.