İspaniya nəhəngi "Barselona" yeni transferi Arda Turanla əlaqəli son qərarını verib.
Sportarena.az xəbər verir ki, Katalon klubuna qoyulan transfer cəzazı səbəbindən yanvaradək oynaya bilməyən türk futbolçu ilə əlaqəli baş məşqçi Luis Enrike son qərarını verib:
"Arda və Aleks burada qalacaqlar. Onlar yanvaradək formada qalmaq üçün komanda ilə birgə məşq edəcəklər".
Nəzərinizə çatdıraq ki, İspaniya klubunun prezidenti Josep Bartomeu Arda Turanın yanvaradək hansısa kluba icarə veriləcəyini bildirmişdi. Ancaq, bununla əlaqəli son qərari baş məşqçinin deyəcəyini söyləmişdi.